Atəşkəs rejimi 97 dəfə pozulub | 1news.az | Xəbərlər
Siyasət

Atəşkəs rejimi 97 dəfə pozulub

11:16 - 26 / 03 / 2018
Atəşkəs rejimi 97 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
494

Son xəbərlər

Bakıda dönərxanada yanğın olubBu gün, 15:36Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçiribBu gün, 15:22Yevlax və Mingəçevirdə su basmış ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 15:00Bakı parklar şəhəridir - FOTOBu gün, 14:40Təkrar əlillik təyin edilmiş 34 mindən çox şəxs sosial ödənişlərlə təmin edilibBu gün, 14:28AZANS yeni rəqəmsal platformalarla bağlı “Aireon” şirkəti ilə müqavilə imzalayıb - FOTOBu gün, 14:20Prezident Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib - FOTOBu gün, 14:05Silk Way West Airlines Qırğızıstandan Azərbaycana yak daşınmasını uğurla həyata keçiribBu gün, 13:42Yüzdən çox təqaüdçünün kartından oğur etməkdə şübhəli bilinən qadın saxlanılıb - VİDEOBu gün, 13:22DİN “Son Zəng”lə bağlı valideyinlərə müraciət edibBu gün, 12:57Ermənistan Belarusdakı səfirini geri çağırıbBu gün, 12:44İmişlidə avtomobili qanunsuz idarə edən müharibə iştirakçısı intihara cəhd göstəribBu gün, 12:34FHN Yasamalda avtoservisin fəaliyyətini dayandırdı - FOTOBu gün, 12:19“Baku ID” möhtəşəm bir tədbirlə yenidən qarşınızdadırBu gün, 12:11Sabah 35 dərəcə isti olacaq - ProqnozBu gün, 11:56Bakı aeroportu ilə sərnişindaşıma 36% artıbBu gün, 11:39Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulubBu gün, 11:30Salyanda 33 km uzunluğunda yolların yenidən qurulması yekunlaşmaq üzrədir - FOTOBu gün, 11:27Bakıda dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirilibBu gün, 11:20FHN: Ötən sutka 56 yanğına çıxış olub, 3 nəfər xilas edilibBu gün, 11:06
Bütün xəbərlər