Türkiyəli nazir: Azərbaycan böyük seçki təcrübəsinə malikdir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının düzgün seçim edəcəyinə, ən layiqli namizədə səs verəcəyinə inanıram.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin inkişaf naziri Cevdet Yılmaz söyləyib.
Azərbaycanda demokratik islahatların həyata keçirildiyini, ölkənin bütün sahələrdə inkişafa nail olduğunu bildirən nazir deyib:
“Azərbaycan böyük seçki təcrübəsinə malikdir. Ölkədə şəffaf, azad seçki mühiti formalaşıb. 11 aprel seçkilərinin də digər seçkilər kimi beynəlxalq standartlara uyğun şəkildə keçəcəyinə inanıram”.
S.Xankişiyeva
514