Sənəm Əliyeva: Xalqımız seçkilərdə Azərbaycanın işiqlı gələcəyinə səs verəcək | 1news.az | Xəbərlər
Siyasət

Sənəm Əliyeva: Xalqımız seçkilərdə Azərbaycanın işiqlı gələcəyinə səs verəcək

17:50 - 28 / 03 / 2018
Sənəm Əliyeva: Xalqımız seçkilərdə Azərbaycanın işiqlı gələcəyinə səs verəcək

Azərbaycandan çox uzaqda yaşasam da Vətənimizdə keçiriləcək prezident seçkilərinə hazırlıq mərhələsi ilə yaxından tanışam. Mütəmadi olaraq seçki ilə bağlı bütün xəbərləri izləyirəm.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Estoniyada yaşayan soydaşımız, bu ölkənin dövlət radiosunun “Ocaq” verilişinin baş redaktoru və aparıcısı Sənəm Əliyeva deyib.

Seçki kampaniyasını yaxından izlədiyini qeyd edən Sənəm Əliyeva deyib: “Seçki kampaniyası yetərincə şəffaf aparılır və inanıram ki, səsvermə də tam demokratik şəraitdə keçiriləcək”.

O bildirib ki, prezident seçkiləri bütün dünya ölkələri üçün tarixi əhəmiyyətli və mühüm bir hadisədir.

“Azərbaycan mürəkkəb bir regionda yerləşən ölkədir. Həmçinin ölkəmiz qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və icraçısıdır. Ona görə də ölkəmizdəki seçkilərə beynəlxalq maraq çox böyükdür. Əminəm ki, xalqımız seçkilərdə yüksək fəallıq göstərəcək və Azərbaycanın işiqlı gələcəyi naminə səs verəcək”.

S.Xankişiyeva

 

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər