İsrail səfiri: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini nümayiş etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

İsrail səfiri: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini nümayiş etdirəcək

11:42 - 28 / 03 / 2018
İsrail səfiri: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini nümayiş etdirəcək

Azad və müstəqil seçkilər demokratik cəmiyyətdə çox vacibdir. Azərbaycan konstitusiyasının bütün vətəndaşlara seçki hüququ verməsi də çox əhəmiyyətlidir.

Mən inanıram ki, seçkilər Azərbaycan xalqının iradəsini nümayiş etdirəcək.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav bildirib.

İsrail səfiri demokratik ölkələrdə seçkilərin çox vacib olduğunu bildirərək deyib:

“Seçkilər insanlara düşüncələrini ifadə etmək və gələcək illər üçün öz nümayəndələrini və liderlərini seçmək imkanı verir. Azərbaycanda Prezident xarici siyasəti müəyyənləşdirir və daxili siyasətin icrasında güclü rol oynayır və buna görə prezident seçkiləri ölkə üçün mühüm əhəmiyyət kəsb edir”.

S.Xankişiyeva

 

 

Paylaş:
545

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər