Türkiyəli deputat: Azərbaycanda seçkilər demokratik şəraitdə keçəcək | 1news.az | Xəbərlər
Siyasət

Türkiyəli deputat: Azərbaycanda seçkilər demokratik şəraitdə keçəcək

15:10 - 29 / 03 / 2018
Türkiyəli deputat: Azərbaycanda seçkilər demokratik şəraitdə keçəcək

Qardaş Azərbaycanda bütün siyasi prosesləri, həmçinin 11 aprel prezident seçkilərini yaxından izləyirik.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü Enver Fehmioğlu deyib.

Onun sözlərinə görə, namizədlərin sayının çoxluğu seçkilərə marağın olduğunu göstərir.

“Seçkilərin demokratik şəraitdə keçəcəyinə və Azərbaycan xalqının  doğru seçim edəcəyinə inanıram. Biz Türkiyə olaraq Azərbaycan xalqının seçiminə hörmətlə yanaşırıq”, - deyə Enver Fehmioğlu qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər