Feramüz Üstün: 11 aprel prezident seçkiləri bölgəyə sülh gətirəcək

Azərbaycana tez-tez səfər edir və qardaş ölkədə baş verən bütün siyasi prosesləri yaxından izləyirəm.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı Feramüz Üstün deyib.
O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman yüksək səviyyədə olub: “Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağli Türkiyə hər zaman Azərbaycanın yanındadır”.
Azərbaycanda prezident seçkilərinə hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini qeyd edən deputat deyib:
“Azərbaycandakı seçki prosesi Türkiyədə də maraqla izlənilir. Son illər Azərbaycanın əldə etdiyi uğurlar hər birimizi çox sevindirir. İnanıram ki, 11 aprel prezident seçkiləri bölgəyə sülh və rifah gətirəcək”.
S.Xankişiyeva