Nail Çələbi: Prezident seçkiləri Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq | 1news.az | Xəbərlər
Siyasət

Nail Çələbi: Prezident seçkiləri Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq

17:40 - 29 / 03 / 2018
Nail Çələbi: Prezident seçkiləri Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq

Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, türk dünyasında da böyük nüfuza malik ölkədir.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türk Dünyası Parlamentarilər Birliyinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Nail Çələbi deyib.

O bildirib ki, Azərbaycan son illər bütün sahələrdə inkişafa nail olub, xüsusilə enerji təhlükəsizliyi məsələsində dünyada rolu artıb.

Aprelin 11-də prezident seçkilərinin şəffaf və ədalətli şəkildə keçiriləcəyinə əminliyini qeyd edən deputat deyib: “Hər yeni seçki dövlətlərin tarixində yeni dövrün başlanğıcı kimi xarakterizə olunur. Bu mənada Azərbaycanda keçiriləcək seçkilərin də yeni islahatların başlanğıcı olacağını söyləyə bilərəm. Prezident seçkiləri Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq”.

S.Xankişiyeva

 

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər