Azərbaycanın Fransadakı səfirliyi prezident seçkilərinə tam hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Fransadakı səfirliyi prezident seçkilərinə tam hazırdır

09:33 - 29 / 03 / 2018
Azərbaycanın Fransadakı səfirliyi prezident seçkilərinə tam hazırdır

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində Fransada yaşayan vətəndaşlarımızın səs verməsinin təmin edilməsi məqsədilə Parisdəki səfirliyimizdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.

1news.az sechki-2018.az saytının xəbərinə görə, səfirlikdən bildirilib ki, konsulluq qeydiyyatında olan və aktiv seçki hüququna malik 320 Azərbaycan vətəndaşının adı seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.

Müvafiq seçki dairəsi üzrə səfirliyin Mədəniyyət Mərkəzində seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının iclası keçirilərək komissiyanın üzvləri, həmçinin sədri və katibləri müəyyənləşib.

Fransada yaşayan, seçici siyahısına daxil edilmiş vətəndaşlarımız seçkilərdə iştirak etməyə dəvət olunublar. Bununla yanaşı, səsvermə günü Fransada ezamiyyətdə olan Azərbaycan vətəndaşları da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.

1news.az  

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər