Siyasi partiyaların illik maliyyə hesabatlarının MSK-ya təqdim edilmə müddəti başa çatıb
Azərbaycanda siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu gün başa çatıb.
1news.az-ın verdiyi xəbərə görə, indiyədək MSK-ya illik maliyyə hesabatını 30-a yaxın siyasi partiya təqdim edib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
S.Xankişiyeva
431