Nepalın xarici işlər naziri Azərbaycana gəlir
Nepalın xarici işlər naziri Pradip Kumar Quavali Azərbaycana səfər edəcək.
1news.az bu barədə Nepal mətbuatına istinadla xəbər verir.
Məlumata görə, XİN rəhbəri aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər konfransında ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.
Nümayəndə heyətinə Nepalın BMT yanındakı daimi nümayəndəsi Durqa Prasad Bhattaray və müşavir Surendra Tapa daxildir.
Qeyd edək ki, Nepal Qoşulmama Hərəkatının təsisçi ölkələrindən biridir.
P.Sultanova
464