Şəmsəddin Küzəci: Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Şəmsəddin Küzəci: Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirəcək

16:03 - 04 / 04 / 2018
Şəmsəddin Küzəci: Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirəcək

Aprelin 11-də Azərbaycanda demokratik, şəffaf və azad seçkilər keçiriləcək. Əminəm ki, seçkilərin nəticəsi xalqın iradəsini əks etdirəcək.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Kərkük Kültür Dərnəyinin rəhbəri, “Kərkük” qəzetinin yaradıcısı Şəmsəddin Küzəci deyib.

Şəmsəddin Küzəci əlavə edib ki, İraqdakı türkmənlər Azərbaycanla bağlı bütün prosesləri həyəcanla və yaxından izləyirlər.

“Azərbaycan bizim üçün ana vətənimiz qədər sevdiyimiz bir ölkədir və orda baş verənlərə heç vaxt biganə qalmırıq. Azərbaycanda keçiriləcək seçkiləri də yaxından izləyirik. Sevinirik ki, Azərbaycan dünyada öz mövqeyi olan ləyaqətli bir dövlət kimi tanınır. Seçkilərin nəticələrinin bütün Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə heç bir şübhəmiz yoxdur”, - deyə Şəmsəddin Küzəci qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər