Əfqanıstanın xarici işlər naziri Azərbaycana gəlir

Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Salahuddin Rabbani Azərbaycana səfərə gəlir.
1news.az xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti 4-7 aprel tarixlərində Bakıda olacaq.
S.Rabbaninin rəhbərlik etdiyi nümayəndə heyəti “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində aprelin 5-6-da Bakıda keçiriləcək nazirlər konfransında iştirak edəcək.
Qeyd edək ki, tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin, hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcəklər.
Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir.
1news.az