Ayxan Dəmirçi: Prezident seçkilərində xalqın uğurlu gələcəyini təmin edəcək namizəd qalib olacaq | 1news.az | Xəbərlər
Siyasət

Ayxan Dəmirçi: Prezident seçkilərində xalqın uğurlu gələcəyini təmin edəcək namizəd qalib olacaq

11:05 - 05 / 04 / 2018
Ayxan Dəmirçi: Prezident seçkilərində xalqın uğurlu gələcəyini təmin edəcək namizəd qalib olacaq

Azərbaycan xalqı ölkədə baş verən bütün ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirir. Aprelin 11-də keçiriləcək prezident seçkilərində də xalqın fəallıq göstərməsi çox vacibdir.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri tanınmış diaspor rəhbəri, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi bildirib.

Hər bir ölkənin həyatında seçkinin böyük rolunun olduğunu qeyd edən A.Dəmirçi deyib: “Xalqın maraqları əsasən məhz seçkilərdə təmin olunur. Ona görə də seçkilərdə fəallıq göstərib layiqli namizədə səs vermək xalqın gələcək taleyi baxımından çox önəmlidir. İnanıram ki, prezident seçkilərində Azərbaycan xalqının uğurlu gələcəyini təmin edəcək namizəd qalib olacaq”.

Azərbaycanda xalq ilə dövlət arasında birliyin olduğunu qeyd edən diaspor rəhbəri bu birliyin seçkilərdə və sonrakı dövrlərdə də davam edəcəyinə əminliyini bildirib.

Azərbaycan-Türkiyə qardaşlığına dünyada ikinci bir nümunənin olmadığını bildirən A.Dəmirçi deyib:

“Həm Azərbaycan, həm də Türkiyə bizim vətənimizdir. Biz qürbətdə yaşayanlar Azərbaycanın və Türkiyənin dostluğuna, qazandıqları uğurlara sevinirik”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər