CAR NAM konfransında hansı məsələləri gündəmə gətirəcək?

Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Luellyn Landersin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının(NAM) nazirlər konfransında iştirak edir.
Bu barədə 1news.az-a CAR-ın Azərbaycandakı (iqamətgahı Ankara) səfirliyindən məlumat verilib.
CAR səfirliyinin media bəyanatında deyilir: Qoşulmama Hərəkatı Nazirlər Konfransı aşağıdakı məsələləri fonunda keçirilir:
- Əsas hüquqların pozulması ilə müşayət olunun dünyadakı çox saylı münaqişələrin sabit şəkildə, sülh yolu ilə həllini tapmaq üzrə davam edən beynəlxalq müzakirələr. Kütləvi qırğın silahlarının, xüsusilə nüvə silahlarının potensial yayılması ciddi bir risk olaraq qalır.
- transmilli mütəşəkkil cinayətkarlığın artması, kibercinayətkarlıq, qanunsuz maliyyə axınları, insan alveri, maddi irs, narkotik vasitələr habelə təbiətə qarşı cinayətlərin sayının artması.
- Hazırda bütün dünya üzrə terrorizm və ekstremizm təhlükəsi qalmaqdadır, terrorist qrupları öz imkanlarını inkişaf etdirərək, təhdidlərinin xarakterini genişləndirirlər.
- tənzimlənməmiş kütləvi miqrasiya təhlükəsizliyə daha geniş təhdidlərə səbəb olur.
Cənubi Afrika yuxarıda göstərilən çağırışları nəzərə alaraq, qlobal idarəetmə sisteminin arxitekturasının islahatına, xüsusən, BMT kimi beynəlxalq orqanların qərar qəbuletmə strukturlarında Afrikanın səs və təmsilçiliyinin gücləndirilməsi üçün təcili tələbat olduğuna inanır. Davamlı İnkişaf üçün 2030 gündəmi, İqlim Dəyişikliyi Paris Konvensiyası və Afrika İttifaqının 2063 gündəmi, xüsusilə də Birinci On İl üçün İcra Planını tətbiq etməyə davamlı bir ehtiyac var.
Cənubi Afrika bu toplantının verdiyi imkanlardan istifadə edərək BMT Təhlükəsizlik Şurasında islahatlar daxil olmaqla, Fələstin məsələsini və nüvə silahsızlanması məsələlərinə diqqət yönəldəcək. Fələstin üzrə Qoşulmama Hərəkatı Komitəsi konfrans kluarlarında bu məsələni müzakirə edəcək. Komitə NAM Nazirlər toplantısına bu məsələnin irəliyə aparılması üçün təkliflərdən ibarət bir proqram təqdim edəcək.
Cənubi Afrika, həmçinin bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-cü sessiyasında Nelson Mandelanın 100-cü ildönümünün qeyd edilməsi təşəbbüsünü NAM –a üzv dövlətlərin diqqətinə çatdıracaq.
Konfransda NAM -Aralıq dənizi nazirlərinin yekun sənədi və siyasi bəyannamənin qəbulu gözlənilir.
Pərvanə Sultanova