“Toyota” 314 mindən çox avtomobili geri çağırır
Yaponiyanın “Toyota” korporasiyası Çin bazarında satdığı 313 min 712 avtomobili təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb.
Məlumata görə, geri çağırılan avtomobillər həm “Toyota”nın Çindəki birgə müəssisələrində istehsal olunan, həm də xaricdən idxal edilənlərdir. Buraya “Corolla”, “Vios”, “Yaris”, “Leahead” və “Alphard” modellərindən olan avtomobillər daxildir.
Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin təhlükəsizlik yastıqlarının normal çalışmaması sürücü və sərnişinlərin həyatına təhlükə yarada bilər. İstehsalçı şirkət qüsurlu detalları öz hesabına dəyişəcək.
1news.az