Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatır | 1news.az | Xəbərlər
Siyasət

Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatır

11:33 - 07 / 04 / 2018
Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatır

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı 4 gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.

Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

S.Xankişiyeva

 

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər