Seçkiyə üç gün qalmışa qədər bülletenlərin məntəqələrə paylanması prosesi yekunlaşacaq

Seçkiyə hazırlıq prosesi yekunlaşmaq üzrədir. Hər şey qanun çərçivəsində həyata keçirilir.
1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
M.Rəhimov bildirib ki, dairə seçki komissiyalarında müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi başa çatıb.
O deyib: “Dairə seçki komissiyalarına seçki bülletenləri paylanılıb. Seçki gününə 3 gün qalmışa qədər bülletenlərin məntəqə seçki komissiyalarına verilməsi prosesi yekunlaşacaq. Dairə və məntəqə seçki komissiyaları seçkiyə tam hazırdır”.
S.Xankişiyeva
604