AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb.
1news.az xəbər verir ki, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün “Twitter” hesabında yazıb.
O qeyd edib ki, səfər zamanı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, həmçinin prezidentliyə namizədlərlə görüşəcəklər.
Xatırladaq ki, 33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea rəhbərlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT/DTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.
1news.az
626