MSK: Prezident seçkiləri ilə əlaqədar 890 beynəlxalq müşahidəçi akkreditə olunub | 1news.az | Xəbərlər
Siyasət

MSK: Prezident seçkiləri ilə əlaqədar 890 beynəlxalq müşahidəçi akkreditə olunub

11:42 - 09 / 04 / 2018
MSK: Prezident seçkiləri ilə əlaqədar 890 beynəlxalq müşahidəçi akkreditə olunub

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

1news.az-ın MSK-nın Media və ictimai əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, bu günə qədər prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

1news.az

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər