FİFA icarə müqaviləsini qadağan edə bilər | 1news.az | Xəbərlər
Futbol

FİFA icarə müqaviləsini qadağan edə bilər

22:01 - 10 / 04 / 2018
FİFA icarə müqaviləsini qadağan edə bilər

FİFA İcraiyyə Komitəsi klublar arasında icarə müqaviləsini qadağan edə bilər.

1news.az-ın məlumatına görə, məsələ ilə bağlı xüsusi komisiya yaradan FİFA gənc futbolçuların daha çox oynamaq şansı qazanması üçün islahatlara başlayacaq.

İcarəyə göndərilən futbolçuların əksəriyyəti demək olar ki, müqavilə ilə məxsus olduğu klubda meydana çıxmır. FİFA-da düşünürlər ki, bu, futbolçulara peşəkarlıq baxımından mənfi təsir edir.

Yekun qərar FİFA Şurasının oktyabr ayında ayında keçiriləcək iclasında veriləcək.

Qeyd edək ki, bu mövsüm “Yuventus” 41, “Udineze” 27, “Çelsi” 22, “Mançester Siti” 18 futbolçusunu icarəyə verib.

1news.az

Paylaş:
605

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər