Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar” | 1news.az | Xəbərlər
Siyasət

Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar”

19:53 - 12 / 04 / 2018
Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar”

“Azərbaycan xalqı rəhbərini, prezidentini seçdi. Konstitusiyamızda yazılıb ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalqımız da bu seçkidə öz sözünü dedi”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının bəyanatlarına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, prezident seçkilərində prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, seçkini müşahidə etməyə gəlmiş ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının üzvləri başqa şeylər desələr də, seçkilərdə başqa bir şeylə rastlaşdılar: “Gördülər ki, hər bir seçki məntəqəsinin qarşısında növbələr var, insanlar seçkiyə ən yaxşı paltarlarını geyinib gəliblər, övladları, nəvələri ilə gəliblər. İnsanlar bu seçkiyə dövlətçiliyin taleyini həll etməyə, gələcək təhlükəsizliyin təminatını verməyə, iqtisadi inkişaf üçün gəliblər. Artıq həmin müşahidə missiyaları bunu həzm edə bilmirlər . Bu baxımdan onların həzm edə bilmədikləri məsələlər onların bəyanatlarında öz əksini tapıb”.

S. Novruzov həmin müşahidə missiyaları də 3 dəfə görüşdüyünü söyləyib: “Hər görüşdə hər birinə demişəm ki, xahiş edirəm ki, ədalətli mövqeyinizi bildirin. Əgər hər hansı çatışmayan cəhətimiz varsa, göstərin, harada yaxşı cəhətimiz varsa, onları da deyin. Dedim, biz elə xalqıq ki, hər bir şeyi qəbul edirik, amma bizim üzərimizdə ağalığı ömür boy qəbul etmirik. Dedim ki, biz bu xalqın nümayəndələriyik, prezident də bizim rəhbərimizdir, ömür boyu ədalətsizliyə qarşı mübarizə aparıb. Heydər Əliyev də, İlham Əliyevdə ədalətsizliyə qarşı mübarizə ilə tanınıb. Bu qurumlar bildirirlər ki, əhalisinin 90 faizi yazı-pozu bilməyən Əfqanıstanda seçki demokratikdir, Şərqdə ilk demokratik respublika quran xalqa isə deyirlər ki, seçkilərdə müxtəlif pozuntular olub. Mən həmin qurumların müşahidə missiyalarının bəyanatını qəbul etmirəm. O bəyanatları aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar. Əsas Azərbaycan xalqı, seçkilərdə iştirak edən insanlardır. İnsanlarımız seçkiyə gəldi, münasibətini bildirdi. Hər hansı narazılıq olsa, insanlar küçələrə çıxmalı idilər. Bu gün narazılığını bildirmək üçün küçəyə çıxmış bir adam görürsüz? Deməli, bu, nəticə, göstəricidir. Hamı toyla, bayramla gələcək strategiyanı müəyyənləşdirdi. Belə fikirlərlə həmin qurumlar artıq adi bir ictimai təşkilata çevriliblər, fikirləri məni maraqlandırmır”.

1news.az

Paylaş:
492

Son xəbərlər

Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54
Bütün xəbərlər