Sergey Lebedev: Səsvermənin nəticəsini şübhə altına alacaq fakta rast gəlmədik | 1news.az | Xəbərlər
Siyasət

Sergey Lebedev: Səsvermənin nəticəsini şübhə altına alacaq fakta rast gəlmədik

10:49 - 12 / 04 / 2018
Sergey Lebedev: Səsvermənin nəticəsini şübhə altına alacaq fakta rast gəlmədik

MDB-nin müşahidə missiyası Azərbaycanda martın 20-dən işləməyə başlayıb. Ümumilikdə 221 nəfər müşahidəçi paytaxtda və regionlarda işləyib.

1news.az xəbər verir ki, bunu MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev dünən Azərbaycanda keçirilən prezident seçkilərinin yekunları ilə bağlı təşkil etdiyi mətbuat konfransında deyib. O bildirib ki, ölkənin Seçki Məcəlləsi beynəlxalq normalara cavab verir və vətəndaşların iradəsini ifafə edir:

“Müşahidələrin aparılması üçün bütün kazımi şərait yaradılmışdı və buna görə öz təşəkkürümüzü bildiririk. Bizim missiyanın əsas məqsədi dövlətin daxili işlərinə qarışmaq deyil, bu ölkənin qanunlarına hörmət etməkdir. Qənaətimiz budur ki, seçkilər yaxşı və keyfiyyətli təşkil edilib. MSK seçkidən əvvəl treninqlər, seminarlar keçirib. Çox yaxşı informasiya materialları hazırlanıb. Seçkilər ajiotaj olmadan sakit şəkildə, bayram əhvalında keçdi. Bəzi məntəqələrdə növbələr də müşahidə etdik”.

Şəffaflığı təmin etmək üçün məntəqələrdə kameraların quraşdırılmasını xüsusi qeyd edən Sergey Lebedevin sözlərinə görə, seçkiləri kifayət qədər müşahidəçi izləyib. Bütün namizədlərə öz proqramlarını təqdim etmək üçün imkan yaradılmışdı:

"Ümumilikdə, 1870 seçki məntəqəsində olduq. Bəzi çatışmazlıqlar da oldu, amma bunlar texniki xarakterli idi. Səsvermənin nəticəsini, onun legitimliyini şübhə altına alacaq fakta rast gəlmədik. Seçkilər açıq və şəffaf keçirildi”.

P.Sultanova

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər