İlyas Umaxanov: Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm | 1news.az | Xəbərlər
Siyasət

İlyas Umaxanov: Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm

11:00 - 12 / 04 / 2018
İlyas Umaxanov: Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm

Azərbaycanda prezident seçkiləri qanuna uyğun şəkildə keçirilib.

1news.az xəbər verir ki, bunu MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov mətbuat konfransında deyib. O bildirib ki, Qafqazda platforma və proqram deyil, şəxsiyyətin nüfuzunun olması vacibdir. Ptezident İlham Əliyev də nufuzlu liderdir.

Umaxanov əlavə edib ki, seçkilərə çox böyük maraq müşahidə ediblər:

“Seçkilərə çox böyük maraq var idi. Azərbaycan seçki qanunvericiliyini mükəmməlləşdirmək istiqamətində işləri davam edir. Seçki ilə bağlı səlahiyyətli orqanların böyük işini qeyd etmək istəyərdim. Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm”.

P.Sultanova

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər