Ömər Kocaman: Seçkilər ölkə qanunvericiliyi və beynəlxlaq normalara uyğun keçirilib
Türk Şurası və TÜRKPA-nın Azərbaycanda prezident seçkilərini müşahidə missiyası birgə mətbuat konfransı keçirib.
1news.az xəbər verir ki, Türk Şurası müşahidə missiyasının rəhbəri Ömər Kocaman bildirib ki, Türkdilli ölkələrin Parlament Assambleyası olaraq Quba, Şəki və Bakıda 15 müşahidəçi ilə seçkiləri izləyiblər.
“Azərbaycandakı seçkilər ölkə qanunvericiliyi və beynəlxlaq normalara uyğun keçirilib. Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir qayda pozuntusu qeydə alınmayıb. Biz bu seçkilərin Azərbaycan üçün uğurlu olacağına ümid edirik”.
TÜRKPA-nın baş katibi Altınbəy Mamaysupov də seçkilərin qanun çərçivəsində keçirildiyini bildirib:
“İlk dəfə olaraq seçkilərin yekunlarına dair Türk Şurası ilə birgə bəyənat yayırıq. Müşahidə aparmaq üçün bizə yaradılmış şəraitə görə aidiyyatı qurumlara öz təşəkkürümüzü bildiririk. Türk Şurası və TÜRKPA olaraq 58 seçki məntəqəsində olduq”.
Qazaxıstandan olan müşahidəçi Nazilə Telmuxahmedova isə 17 seçki məntəqəsində olduğunu diqqətə çatdırıb: “Hər şey çox şəffaf və səmərəli şəkildə təşkil olunmuşdu. Seçici fəallığı yüksək idi. Güclü olan namizəd qalib gəldi. Azərbaycan xalqını bu seçkilər münasibəti ilə təbrik edirəm.
Türkiyəli millət vəkili, TÜRKPA-nın müşahidə missiyasının rəhbəri Haluk İpək isə vurğulayıb ki, prezident seçkiləri ölkə qanunvericiliyi və beynəlxalq hüquqa uyğundur.
P.Sultanova












