Finlandiyalı müşahidəçi: Seçkilər Avropa standartlarına uyğun keçirilib

Azərbaycanda seçki prosesi səmərəli və peşəkar qaydada aparılıb.
1news.az xəbər verir ki, bunu prezident seçkiləri ilə bağlı keçirdiyi mətbuat konfransında Finlandiya Müşahidəçilər qrupunun üzvü, sabiq millət vəkili Juha Korkeaoya deyib. O bildirib ki, seçkilər Avropa standartlarına uyğun keçirilib:
“Seçki günü məntəqələr yaxınlığında kampaniya aparılmayıb, məntəqələrə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçki prosesinə heç bir kənar müdaxilə qeydə alınmayıb”.
Juha Korkeaoyanın sözlərinə görə, çoxsaylı müşahidəçinin MSK tərəfindən akkreditasiya edilməsi şəffaflığın artırılmasına öz töhfəsini verdi. Bundan əlavə, müşahidəçilər səslərin sayılmasını yaxından izləyib və heç bir ciddi problem qeydə alınmayıb:
“Beləliklə, bu qənaətə gəlirik ki, seçkilər beynəlxalq normalara uyğun, şəffaf, ədalətli və azad mühitdə keçirilib”.
P.Sultanova