Fransalı müşahidəçi: Biz Azərbaycanı terrorizmə qarşı mübarizədə müttəfiq kimi görürük | 1news.az | Xəbərlər
Siyasət

Fransalı müşahidəçi: Biz Azərbaycanı terrorizmə qarşı mübarizədə müttəfiq kimi görürük

12:03 - 12 / 04 / 2018
Fransalı müşahidəçi: Biz Azərbaycanı terrorizmə qarşı mübarizədə müttəfiq kimi görürük

Azərbaycanda keçirilən səsvermə zamanı insanlarda böyük ruh yüksəkliyi müşahidə etdik. Həmçinin, təşkilatçılıq da yüksək səviyyədə idi.

1news.az xəbər verir ki, bunu Fransa - Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin katibi Yasin Lamur prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib. O bildirib ki, prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib.

Fransa ilə Azərbaycanın dost ölkə olduqlarını deyən Yasin Lamur qeyd edib ki, iki ölkənin xalqları arasında dostluq əlaqələri mövcuddur:

“Bəzən biz fransalıları burada başqa, Fransada isə tamam başqa söz deməkdə ittiham edirlər. Xeyr, bu, belə deyil. Mən burada nə müşahidə edib görmüşəmsə, Fransaya qayıtdıqdan sonra da onu söyləyəcəyəm. Fransa və Azərbaycan xalqları arasında dostluq əlaqələri mövcuddur. Biz Azərbaycanı terrorizmə qarşı mübarizədə müttəfiq kimi görürük. Ümid edirəm ki, bu müttəfiqlik gələcəkdə də davam edəcək”.

P.Sultanova

Foto: APA

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər