MN: Ermənilərin yük maşınını atəşə tutması yalandır | 1news.az | Xəbərlər
Siyasət

MN: Ermənilərin yük maşınını atəşə tutması yalandır

10:43 - 13 / 04 / 2018
MN: Ermənilərin yük maşınını atəşə tutması yalandır

Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən Ermənistanın sərhəd Baqanis kəndində mülki yük maşınının atəşə tutulması barədə Ermənistanın yaydığı məlumat yalandır.

1news.az xəbər verir ki,  bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün "Facebook" səhifəsində məlumat yayıb ki, guya Azərbaycan SQ Ermənistanın Baqanis sərhəd kəndində mülki yük maşınını atəşə tutub.

1news.az

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər