Rasim Musabəyov: İlham Əliyevin yüksək reytinqi – onun fəaliyyətinin nəticəsidir | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: İlham Əliyevin yüksək reytinqi – onun fəaliyyətinin nəticəsidir

11:09 - 13 / 04 / 2018
Rasim Musabəyov: İlham Əliyevin yüksək reytinqi – onun fəaliyyətinin nəticəsidir

Prezident İlham Əliyevin prezident seçkilərində yüksək reytinqi onun bundan əvvəl də dövlət başçısı vəzifəsində həyata keçirdiyi fəaliyyətinin nəticəsidir.

Bunu 1news.az-a müsahibəsində Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini şərh edərkən bildirib:

“Cənab prezidentin demək olar ki, ixtisaslaşmış komandaya və əsaslı proqrama sahib real rəqibləri yox idi. Yalnız tənqidlə rəqabət aparmaq səmərəsizdir”.

“İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsini deyərdim ki, xalqın onun özünə, soyadına olan münasibətindən irəli gəlir. Nəzərə alsaq ki, Azərbaycan tarixi bu soyadla sıx bağlıdır”, - deyə Musabəyov sözlərinə əlavə edib.

İlham Əliyevin hazırki prezidentlik müddətinin əsas nailiyyətlərindən bəhs edən deputat ilk növbədə inkişafla bağlı bildirib:

“İlham Əliyevin prezidentliyi illərində Azərbaycan yaxşı istiqamətdə inanılmaz dərəcədə dəyişib.İnfrastruktur, həyat şəraiti, yeni məktəblər, qaçqınlar üçün şəhərciklər, kasıblığın səviyyəsi və işsizlik – bütün bunların hamısı sözsüz ki, dövlət başçısının əsas fəaliyyətidir. Bunu bir sözlə Azərbaycanın inkişafı kimi də dəyərləndirmək olar”.

“Sözsüz ki, Heydər Əliyev tərəfindən ölkədə sabitlik və təhlükəsizliyə nail olunma və İlham Əliyev tərəfindən bunun qorunub saxlanılması böyük nailiyyətdir. Həmçinin ölkənin beynəlxalq müstəvidə nüfuzunun möhkəmlənməsi də Prezindent İlham Əliyevin xidmətidir”, - deyə deputat qeyd edib.

Azərbaycan dövlət başçısının növbəti prezidentlik müddətinin əsas müddəasını palamentari korrupsiya ilə mübarizə və ədalətin möhkəmlənməsi kimi vurğulayıb:

“Hesab edirəm ki, bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında prosesində irəliləyişlər də olacaq”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər