YAP seçkilərə qeyri-obyektiv qiymət verilməsini qətiyyətlə pisləyir | 1news.az | Xəbərlər
Siyasət

YAP seçkilərə qeyri-obyektiv qiymət verilməsini qətiyyətlə pisləyir

16:06 - 14 / 04 / 2018
YAP seçkilərə qeyri-obyektiv qiymət verilməsini qətiyyətlə pisləyir

Yeni Azərbaycan Partiyası Azərbaycanda 2018-ci il aprel ayının 11-də keçirilmiş prezident seçkiləri barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının ilkin hesabatı ilə əlaqədar məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, məlumatda deyilir:

“2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Prezidentliyə 8 namizədin iştirakı ilə keçirilən seçki prosesinin müxtəlif mərhələsini və səsvermənin gedişi 60 minə yaxın yerli və 804 beynəlxalq müşahidəçi tərəfindən izlənilmişdir. 59 ölkəni, 61 beynəlxalq təşkilatı əhatə edən beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yüksək qiymətləndirdiyi seçkilər haqqında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının kəskin fərqlənən ilkin hesabatla çıxış etməsi təəccüb doğurur.

İlkin yaranan təəssürat bundan ibarətdir ki, sanki yuxarıda qeyd olunan təşkilatlar Azərbaycandakı deyil, hansısa başqa bir seçki barəsində hesabat hazırlamışdır. Hesabatın qeyri-obyektivliyinə, qərəzli olmasına, deməli faktlara, reallığa məhəl qoyulmamasına heç nə ilə haqq qazandırmaq mümkün deyildir. Belə bir vəziyyət hesabatda əks olunan əsassız, qüsurlu və birbaşa qərəzli iddialarla əlaqədar hər hansı diskussiyaya yer qoymur.

Seçkilərdə 86,03% səs çoxluğu ilə qalib gəlmiş fəaliyyətdə olan Prezident İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası olaraq biz ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabatı qeyri-obyektiv və qərəzli hesab edirik, azad, şəffaf və düzgün şəraitdə keçirilən seçkilərə bu cür qiymət verilməsini qətiyyətlə pisləyirik.

Hər bir seçkinin demokratikliyi, obyektiv və şəffaf olması onun əhalinin siyasi iradəsini ifadə etməsi dərəcəsi ilə ölçülür. Digər tərəfdən, seçkilərə ən həssas və doğru qiyməti onun əsas iştirakçıları – namizədlər verə bilər. Seçki prosesinə qoşulan və qalib gələ bilməyən namizədlərin hər biri qalib gələn namizədi təbrik etməklə seçki prosesinin obyektivliyini etiraf etmişdir. Xalqın və seçkilərə qoşulan namizədlərin obyektivliyini və şəffaflığını yekdil şəkildə etiraf etdiyini seçkilərin guya hansısa pozuntularla müşayiət olunduğunu iddia etmək qeyri-ciddiliyin və açıq qərəzliliyin aydın təzahüründən başqa bir şey deyildir.

Yeni Azərbaycan Partiyası ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının elan etdiyi ilkin hesabatda əksini tapmış qeyri-obyektiv və qərəzli iddiaları, o cümlədən Yeni Azərbaycan Partiyasının təşkil etdiyi təşviqat kampaniyalarında administrativ resurslardan istifadə olunması, insanların zorla mitinqlərə gətirilməsi barədə həqiqətlə heç bir əlaqəsi olmayan müddəaları qətiyyətlə rədd edir və missiyanın yekun hesabatda açıq-aşkar qeyri-obyektivliyin və faktlara etinasızlığın aradan qaldıracağına, Azərbaycan seçkilərinin iradəsinə hörmətlə yanaşacağına ümidvar olduğunu bəyan edir”.

S.Xankişiyeva

 

Paylaş:
389

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər