Dörd seçki məntəqəsinin nəticələri ləğv edildi

Prezident seçkiləri ilə bağlı dörd seçki məntəqəsinin nəticələri ləğv edilib.
1news.az-ın verdiyi xəbərə görə,bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə yekun vurulması ilə bağlı iclasında qəbul edilib.
“57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsinin, 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 10 saylı məntəqəsinin, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub”, - MSK-nın sədr müavini Natiq Məmmədov deyib.
Onun sözlərinə əsasən, buna səbəb həmin məntəqələrdə qanun pozuntularının aşkar edilməsidir.
S.Xankişiyeva
400