Arif Məmmədov kəşfiyyat strukturlarının maraqlarının müdafiəsi ilə məşğuldur | 1news.az | Xəbərlər
Siyasət

Arif Məmmədov kəşfiyyat strukturlarının maraqlarının müdafiəsi ilə məşğuldur

15:30 - 17 / 04 / 2018
Arif Məmmədov kəşfiyyat strukturlarının maraqlarının müdafiəsi ilə məşğuldur

Azərbaycanda 11 aprel tarixində keçirilən Prezident seçkiləri xarici ölkələrə sığınıb, ermənilərin sifarişini yerinə yetirən Arif Məmmədov və onun kimilərini “fəallaşdırıb”.  Azərbaycanın düşmənlərinə xoş getsin, qrantları bir qədər artıq olsun deyə, bahalı, dəbdəbəli həyat naminə öz dövlətinə və xalqına hər an xəyanət etməyə, onu aşağılamağa hazır olan belə tiplərdən başqa mövqe gözləmək də düzgün olmazdı.

Amma, yalanın da, böhtanın da bir həddi olar. Arif Məmmədovu tanıyanlar yaxşı bilirlər ki, bu adam hələ səfir kimi çalışanda öz ölkəsini,  xalqını  aşağılamaqdan çəkinməyib. Öz vətənində üç gün qalmağı belə çəkə bilməyən, Avropadakı həyatının dəbdəbəsindən yazan birinin guya indi xalqın qeydinə qalmasını təsəvvür belə etmək mümkün deyil.  Seçkiləri fürsət bilən A.Məmmədov Brüsseldə mətbuat konfransı keçirib seçki “pozuntuları” haqqında “faktlar” səsləndirib.

Adama sual verən yoxdur ki, bu faktları hardan almısan? Seçkini müşahidə etmisənmi? Niyə 900-ə yaxın beynəlxalq müşahidəçinin əksəriyyətinin verdiyi müsbət rəyi deyil, öz fantaziyana və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun(DTİHB) qərəzli, əvvəlcədən hazırlanmış rəyinə əsaslanırsan?!  ATƏT DTİHB  seçkilərlə bağlı açıqladığı yekun rəyin öncədən hazırlandığını və  tamamilə qərəzli olduğunu isbatlayan çoxsaylı faktlar var. Həmin missiyada fəaliyyət göstərən, ancaq qurumun Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyə görə istiefa verən siyasi məsələlər üzrə köməkçi Vüqar Əhmədov da həmin hesabatı ifşşa edən faktlar açıqlayıb. Bütün bunlar məgər kifayət etmir?!

Keçmiş diplomat bir az da irəli gedərək ölkədə iqtisadi vəziyyətin ağırlığından danışıb, seçkinin də məhz buna görə erkən keçirldiyini vurğulayıb. Amma təkcə bu ilin birinci rübünün rəqəmlərinə baxmaq kifayət edirdi ki, iqtisadi inkişafdan xəbəri olsun. Hələ neftin qiymətini, turizmin inkişafını, qeyri neft sektorunun digər sahələrində olan artımı, valyuta ehtiyatlarının, investisiyaların həcminin artmasına demirik. Arif Məmmədov bunları təbii ki, görür, lakin aldığı sifariş onu kor edib. İşlədiyi qüvvələrin ondan tələbləri başqadır. O, da bu tələbləri canla başla yerinə yetirir.

Siyasi ekspert Elçin Mirzəbəyli 1news.az-a açıqlamasında bildirib ki, Arif Məmmədov bütün Azərbaycan diplomatityasının üz qarasıdır:

“Hesab edirəm ki,  belə adamları bütövlükdə diplomatk sistemə gəlib düşməsi yolverilməzdir. Bu günə qədər onun iddialarına diqqət yetirsəniz görəsiniz ki, məqsəd yalnız Azərbaycana qarşı mənfi rəy formalaşdırmaqdan ibarətdir. O, həm diplomat kimi fəaliyyəti dövründə, həm də sonrakı dövrdə ayrı- ayrı ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olub və ilk gündən Azərbaycanın diplomatik uğurlarının deyil, təmsil etdiyi hansısa kəşfiyyat strukturlarının maraqlarının müdafiəsi ilə məşğul olub. İndiki şəraitdə də onun Azərbaycana ünvanladığı fikirlərin şübhəsiz ki, hər hansı bir formada əsası yoxdur. Havadan götürülmüş, ünvansız və heç bir fakt söykənməyən mülahizələrdir. Azərbaycanda seçkiləri izləyən insanlar prosesin necə aparıldığının açıq şəkildə şahid olublar. Çoxsaylı beynəlxalq təşkilatlar və müşahidəçilər seçkilərin şəffaf şəraitdə keçirildiyini bildiiblər. Bu baxımdan da onun uzaqdan uzağa virtual üsulla müəyyənləşdirdiyi qüsurlar təbii ki,  virtual təfəkkürünün məhsuludur”.

E.Mirzəbəyli hesab edir ki, bu şəxsin personasına xüsusi diqqət yetirməyə dəyməz: “Nə bir diplomat, nə siyasət adamı, nə də bütövlükdə bir şəxsiyyət kimi formalaşmayıb və yenə deyirəm üz qarasıdır. Çünki onun səsləndirdiyi fikirlərə,  “Ağ qərənfil hətəkatı” yaratmaq iddialarına və digər məsələlərə diqqət yetirəndə, açıq şəkildə görmək olar ki, bu adamın ciddi psixi problemləri var”.

Siyasi ekspertə görə,  Arif Məmmədov adlı birinin olduğunu heç kim bilmir:

“Onun diplomat olduğu dövrdə söylədiyi fikirlər hansı şəkildə Azərbaycan ictimai rəyinə təsir edirdisə, indi dövlətinə və millətinə qarşı xəyanət mövqeyi açıq şəkildə sərgilədiyi dövrdə səsləndirdiyi fikirlər bir o qədər təsir edir.  Arif Məmmədov adlı adamı bu gün də soruşsanız, Azərbaycanda heç kimi tanımır. Trollardan və saxta virtul profillərdən başqa”.

O ki qaldı keçmiş diplomatın iqtisadi “təhlilinə”, E.Mirzəbəyli vurğulayıb ki,  adamın iqtisadi bilgiləri də dedi qodu üzərində qurulub:

“Əksinə Azərbaycanda investisiya mühüti kifayət qədər əlverişli şəkil alıb, ölkəmizdə təkcə neft deyil qeyri neft sektoruna yatırılan investisiyaların həcmi artıb. Son illə ərzində ölkəmiz nəhəng layihlərdə iştirak edir. Biri artıq başa çatıb, söhbət Bakı- Tbilisi- Qarsdan gedir, TAP, TANAP layihələrinin həyata keçiriməsi istiqamətində də fundamental irəliləyişlər əldə edilib. Bu baxımdan onun fikirləri dedi qodudan başqa bir şey deyil. Çünki söhbət əgər iqtisadi durumdan, iqtisadi vəziyyətdən gedirsə, həqiqətən neftin ucuzlaşması burada bəhanə gətirilirsə, Azərbaycan həmin böhran dövrünü geridə qoyub, neftin qiymətinin ciddi şəkildə  artması müşahidə olunur. Ekspertlərin son açıqlamalarına görə, yaxın dövrlərdə 80-100 dollar arasında dəyişən neft qiymətlərinin bazarda oturuşması mümkündür. Neftin bahalaşmaq ehtimalı daha çoxdur, nəinki uzulaşması. Digər tərəfdən Azərbaycan başqa enerji resurslarından da gəlir əldə etməyə başlayıb. Yaxın zamanlarda bu proses baş verəcək və həmçinin ölkə faktiki olaraq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilir. Azərbaycan ərazisində son dövrlərdə Cənub Şərq Şimal Cənub layihələrinin həyata keçiriməsi istiqamətində ciddi addımlar atılır. Bakı- Tbilisi- Qars digər nəqliyyat layihləri ilə snerji təşkil edərək funksionallığı artıracaq. Yəni Azərbaycan üzərindən yükdaşınmalardan da ciddi gəlirlər əldə olunacaq. Faktiki olaraq bu gün Azərbaycanın logistik mərkəzə çevrildiyi heç kimə sirr deyil, belə olan təqdirdə dedi qoduların bəsit bir təfəkkürdən, qərəzdən qaynaqlandığı şübhə doğurmur”.     

1news.az

 

 

Paylaş:
946

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər