Dağlıq Qarabağ problemi həll olunmayanadək ATƏT/DTİHB-in seçkilərə obyektiv yanaşması mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağ problemi həll olunmayanadək ATƏT/DTİHB-in seçkilərə obyektiv yanaşması mümkün deyil

10:19 - 17 / 04 / 2018
Dağlıq Qarabağ problemi həll olunmayanadək ATƏT/DTİHB-in seçkilərə obyektiv yanaşması mümkün deyil

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu növbəti dəfə Azərbaycanda fürsətbazlıqla məşğul oldu. ATƏT/DTİHB Azərbaycan hökuməti tərəfindən təkidli şəkildə 11 aprel prezident seçkilərinin müşahidəsinə dəvət edilmişdi və bu qurum 300 nəfərdən çox müşahidəçi missiyası ilə bu monitorinqi reallaşdırdı.

300 nəfərdən çox müşahidəçi məsələsi də ATƏT/DTİHB-lə Azərbaycanın arasında mübahisəli mövzulardan biri idi. Azərbaycan güzəştə getdi. Və 300 nəfərdən çox müşahidə missiyasının 11 aprel seçkilərində monitorinq aparmasına icazə verdi. 300 nəfərdən müşahidəçinin heç birisi seçkilərdə ciddi qüsur aşkarlaya bilmədi. Yazdıqları qüsur beyin məhsuludur və nəzəri konseptual xarakterlidir. ATƏT/DTİHB-in müşahidəçilərinə səs vermə günü maneçilik törədilməsi ilə bağlı yaydıqları fikirlər isə fürsətbazlıqdır. Əvvəla ATƏT/DTİHB-in müşahidəçilərinə səs vermə günü maneçilik törədilmişdisə bunu həmin andaca Mərkəzi Seçki Komissiyasına məlumat vermək lazım idi. MSK hüquq-mühafizə orqanlarını işə qatmaqla dərhal kimin maneçilik törətdiyini müəyyənləşdirə bilərdi.

ATƏT/DTİHB-in Azərbaycanda monitorinqi ilə bağlı bədnam təcrübə də mövcuddur: Müşahidəçiləri və yaxud onların ələ aldığı adamlar özləri Azərbaycandakı seçkilərdə qanun pozuntuları törədib, sonra da bunu qeydə alıblar. Görünür bu dəfə bu qurum heç kəsi ələ ala bilməyəcəyini başa düşüb və özləri yalandan guya onların hərəkətinə maneçilik törədilməsi haqda məlumatlar  uydurublar. Azərbaycana hüquqdan dərs keçmək istəyən qurumun  təmsilçiləri hökmən həmin maneələri hüquqi olaraq rəsmiləşdirməli idilər. Azərbaycan qanunvericiliyində və MSK-nın təlimatlarında bu çox aydın şəkildə göstərilib.

ATƏT/DTİHB qeyri ciddi strukturdur. Veb-kameraları olmayan, seçici siyahıları uzun müddət gizlədilən Ermənistandakı seçkilərə bu qurumun münasibəti dediklərimizin əyani sübutudur.

Aİ-nın  11 aprel seçkilərinə münasibəti də ATƏT/DTİHB -in ciddi qəbul edilmədiyinin daha bir arqumentidir.

ATƏT/DTİHB müəyyən qrup dövlətlərdə seçkilərə yalnız mənfi rəy verir. Müəyyən bir qrup dövlətlərdə ATƏT-in mövqeyi yalnız müsbətdir. 2017-ci ilin aprelində Ermənistandakı parlament seçkilərinə ATƏT/DTİHB bu günə qədər yekun qiymət verə bilməyib. 2017-ci ilin dekabrında açıqladığı hesabatı da özləri də yekun hesabat adlandıra bilmədilər. 2017-ci ilin aprel seçkiləri Ermənistanda nə qaydada keçib bunu ATƏT-in müşahidəçiləri də bilir. Hətta ATƏT-in müşahidəçilərini qovub məntəqədən çıxaranların da dəqiq adlarını bilirlər. Onlara yumruq vuran, zorakılıq tətbiq edənləri də ATƏT/DTİHB müşahidəçiləri çox gözəl bilirlər. Sadəcə hesabatı ayrı cür tərtib ediblər. ATƏT/DTİHB-in Azərbaycana yanaşması orijinaldır və qərəzlidir. Digər, hətta  bu strukturun qara siyahısında olan dövlətlərdən də fərqlənir. Məhz bu orijinal və qərəzli yanaşmanın kökündə Azərbaycanın “orijinal problemi” dayanır. Bu Dağlıq Qarabağ problemidir. Orijinal ona görə ki, Ermənistan Azərbaycanın torpağını işğal edib və bir qrup Qərb siyasətçisi indi də işğalçı Ermənistanı müdafiə etməklə məşğuldur. Avropada Kataloniyanın başçısı Puçdemon həbsxanada yatıb və yaxud harasa çıxanda icazə almalıdır. B.Saakyan isə Avropanı sərbəst gəzir.

Ona görə ATƏT/DTİHB-in Azərbaycandakı seçkilərə qərəzli və siyasiləşmiş mövqeyini bir qrup ermənipərəst avropalı siyasətçinin, məmurunun fəaliyyətinin nəticəsi hesab edirik.

ATƏT/DTİHB-in başında duranların eləcə də ermənipərəst Avropa siyasətçiləri çox gözəl bilirlər ki, Azərbaycan inkişafdadır. Onların Ermənistana verdiyi dəstək Ermənistanda əks-effekt yaradıb. Ermənistanın prezidenti S.Sərkisyan hakimiyyəti yenidən zəbt etdi, öz əlində saxladı. Beləliklə, erməni xalqı Ermənistanı tərk edəcək, xarici borc və problemlər artacaq. Başqa sözlə, Dağlıq Qarabağ probleminin erməni xalqı və Ermənistan dövləti üçün bəla olması davam edəcək. Bu işdə də Avropadakı həmin siyasətçilər S.Sərkisyanın yanındadırlar. Azərbaycan isə Dağlıq Qarabağ problemi olduğu halda özünün inkişaf modelini yaradıb və inkişaf edir.

Dağlıq Qarabağ problemi yarananda Azərbaycanın dövlət olaraq mövcudluğu şübhə altında idi. ATƏT/DTİHB-in 11-i aprel seçkilərinin müşahidəsini keçirdiyi dövrdə isə Azərbaycan 3 qitəni Afrika, Asiya və Avropanı birləşdirən bir dövlət statusunda idi və bu artıq Azərbaycanın dünya çapında olan dövlət olması deməkdir. Ona görə ATƏT-in Azərbaycana təzyiqləri Azərbaycanda müsbət effektləri stimullaşdırır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
253

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər