Hindistan Azərbaycanı Beynəlxalq Günəş İttifaqına qoşulmağa dəvət edib | 1news.az | Xəbərlər
Siyasət

Hindistan Azərbaycanı Beynəlxalq Günəş İttifaqına qoşulmağa dəvət edib

13:25 - 19 / 04 / 2018
Hindistan Azərbaycanı Beynəlxalq Günəş İttifaqına qoşulmağa dəvət edib

Hindistanın Azərbaycandakı səfiri  Sanjay Rana iki ölkə arasında enerji sahəsində, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək məqsədilə energetika naziri Pərviz Şahbazovla görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, səfir Rana görüşdə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə məhsulun pay bölgüsündə Hindistanın ONGC Videsh Ltd neft şirkətinin iştirakından məmnunluğunu ifadə edib.

Səfir Hindistan şirkətlərinin energetika və neft-kimya sahələrində apstrim və daunstrim layihələrində iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Nazir Şahbazov Hindistan şirkətlərinin Azərbaycandakı layihələrə marağını alqışladığını vurğulayıb. O, həmçinin Hindistan şirkətlərini bərpa olunan enerji layihələrinə, xüsusilə, Azərbaycanda külək və günəş enerjisinə investisiya yatırmağı nəzərdən keçirməyə dəvət edib, hökumətin bu sahədə yerli və xarici investorların iştirakını asanlaşdırmaq üçün yeni qaydalar hazırladığını qeyd edib.

S.Rana Hindistanın bilik və bacarıqların artırılması sahəsində Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu və ABOEMDA-nin bir çox əməkdaşlarının Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistanda keçirilən təlim kurslarında iştirak etdiklərini bildirdi. Hindistan və Azərbaycan gələcək illərdə iki ölkə arasında ticarət və investisiya üçün daha çox imkanlar yaradacaq Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında tərəfdaşlıq edirlər.

Qeyd olunub ki, 2015-ci ilin noyabr ayında Hindistan, Fransa və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki tropik qurşaq arasında yerləşən günəş işığı ilə zəngin ölkələrin birliyi olan və bu ölkələrin enerji ehtiyaclarının həlli yollarının birgə tapılması, birgə səylər vasitəsilə günəş enerjisinin istifadəsinin genişləndirmsi və iş yerlərinin yaradılması məqsədilə Beynəlxalq Günəş İttifaqı (BGA) təşkil olunub. 2018-ci ilin mart ayında Nyu Dehlidə BGA-nın Təsis Sammitinə ev sahibliyi edən Hindistan iki tropik qurşaq arasında yerləşməyən, lakin zəngin günəş işığına malik olan Azərbaycanı İttifaqa tərəfdaş ölkə kimi qoşulmağa dəvət edib.

P.Sultanova

Paylaş:
555

Son xəbərlər

Ödənişli təhsil aldıqları müddətdə təhsil haqqı dövlət hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilirBu gün, 12:24Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb - YENİLƏNƏCƏKBu gün, 12:14“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilibBu gün, 12:11Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcəkBu gün, 12:01İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunubBu gün, 11:52Milli Məclis Mehriban Əliyevanı Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik edibBu gün, 11:47Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndəribBu gün, 11:34İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıbBu gün, 11:11Avtomobildən mobil telefon və pulqabı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:05ARDNF bu il “Şahdəniz”dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıbBu gün, 10:48Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilirBu gün, 10:30Avtomobili səkidə idarə edən sürücü həbs edilib - VİDEOBu gün, 10:21Konya şəhərində “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir - VİDEOBu gün, 10:10İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - FOTOBu gün, 10:02Qızıl və gümüşün qiyməti cüzi azalıbBu gün, 09:57İsmayıllıda ev yanıbBu gün, 09:50AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklifBu gün, 09:43AMB günün məzənnəsini açıqladıBu gün, 09:34Müasir interyer, şəxsi hovuzlar, hotelə bağlı xüsusi çimərlik, möhtəşəm təamlar, yüksək səviyyəli rahatlıq - FOTO - VİDEOBu gün, 09:24Bu gün 4 rayonda qaz kəsiləcəkBu gün, 09:17
Bütün xəbərlər