Novruz Məmmədovun baş nazir təyin edilməsi uğurlu seçimdir | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədovun baş nazir təyin edilməsi uğurlu seçimdir

12:17 - 22 / 04 / 2018
Novruz Məmmədovun baş nazir təyin edilməsi uğurlu seçimdir

Novruz Məmmədov əmək fəaliyyətinə ümummilli lider Heydər Əliyevin dövründə başlayıb və uzun illər xarici siyasət məsələləri üzrə köməkçisi kimi çalışıb.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Novruz Məmmədovun Azərbaycanın yeni baş naziri postuna təyinatı ilə bağlı şərhində bildirib:

 “O, dövlət işlərində böyük təcrübəyə sahibdir. N.Məmmədov baş nazir kimi ilk çıxışında bu vəzifənin çox məsuliyyətli olduğunu vurğulayıb. Və o, ölkə başçısı İlham Əliyevin siyasətini davam etdirmək üçün böyük səy göstərəcəyini qeyd edib”.

SAM rəhbərinin sözlərinə görə, dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin iclası zamanı qarşıya qoyulmuş məqsədlərə nəzər yetirdikdə, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanı gələcək yeddi ildə iqtisadiyyatın inkişafı ilə bağlı daha keyfiyyətli işlər gözləyir:

“Eləcə də, N.Məmmədov çıxışında qeyd etdiyi kimi, təhlükəsizlik və sabitlik də vacib məqamdır. Prezidentin vurğuladığı kimi, məhz bu, iqtisadi inkişafın əsasıdır. Gələcək planların uğurla həyata keçirilməsi üçün bütün imkanlar var. Bizə cənab Prezident tərəfindən irəli sürülmüş bütün layihələrin reallaşması üçün yalnız çoxlu səy göstərmək qalır”.

“Uzun illər xarici siyasətlə məşğul olan bir şəxsin baş nazir təyin edilməsindən danışırıqsa, iqtisadi əlaqələr bu fəaliyyətin tərkib hissəsi olduğu üçün deməliyik ki, yeni uğurlara nail olunacaq və qeyri-neft sektorunda ixracatın həcmi artacaq”, - deyə F.Məmmədov vurğulayıb.

Həmçinin SAM rəhbəri bütün mərkəz adından N.Məmmədovun baş nazir təyin edilməsilə bağlı onu təbrik edərək, bu yeni vəzifədə uğurlar arzulayıb.

Həmçinin Milli Məclisin deputatı Zahid Oruc da Novruz Məmmədovun peşəkarlığını yüksək qiymətləndirib. Bu haqda o,  Facebook sosial şəbəkəsində yazıb:

“Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır. O,90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib.Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən dövlət sirlərini bilir,qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

O,heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb.Hamı qəbul edir ki,ölkəmiz yeni bir dönəmə daxil olur.Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik,reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır.Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır.

Kimin necə qiymətləndirməyindən asılı olmayaraq,tarix subyektivimizmi silib atır və həqiqətləri öz adı ilə çağırır.Zaman ədalətli hakimdir.O üzdən, Artur Rasi-zadə özünün elitarlığı,Heydər Əliyev ideallarına sədaqəti və təvazökarlığı ilə yaxşı bir miras qoyub getdi.Doğrudur,estafeti başqa insanlara verərkən,bir daha idarəçilik sistemində varislik ənənələrini qoruyub saxlamaqla bərabər,yeni nəfəs və ruh tələb olunan sahələrdə xalqın içərisinə gedən bir hökumət həyati zərurətə çevrilib,ən yüksək meyarlarla fəaliyyət göstərən komanda bir nömrəli məsələ kimi qarşıya çıxıb.

Çünki min illik arzularımızdan sonra qurduğumuz dövlət hər kəsin güvəndiyi müqəddəs bir məbəd olmalıdır.Ona görə daxildə vətəndaşın qayğıları daşıyan hökumət,ona rəhbərlik edən Komandana böyük meydan açır.Axı regional və beynəlxalq qayğıları çiyinlərində daşıyan bir liderin-cənab İlham Əliyevin ölkə daxilində yaxın köməkçilərinə çevrilən məmur ordusu düşmənlə savaşan Silahlı Qüvvələr qədər əlahiddə əhəmiyyətə malikdir”.  

Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı işləyib.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə, Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.

2005-ci ilin sentyabrından UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3969

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər