Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib

11:13 - 22 / 04 / 2018
Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

1news.az türk KİV-inə istinadla xəbər verir ki, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N.Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B.Yıldırım və N.Məmmədov Türkiyə və Azərbaycanın “İki dövlət, bir millət” anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.

S.Xankişiyeva

 

 

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər