Paşinyan azadlıqda - VİDEO - CANLI yayım | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan azadlıqda - VİDEO - CANLI yayım

15:30 - 23 / 04 / 2018
Paşinyan azadlıqda - VİDEO - CANLI yayım

“Mənim addımım” hərəkatının lideri, “Vətəndaş razılaşması” partiyasının üzvü və deputat Nikol Paşinyan sərbəst buraxılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onunla bərabər partiyanın digər üzvləri  və deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyan  da azad edilib.

Onlar Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyanla danışıqlar nəticəsində azad edilib. 

Paşinyan birbaşa aksiyaların keçirildiyi əraziyə gəlib. O bildirib ki, hərəkatın bütün həbs edilən üzvləri sərbs buraxılmalıdır. Axşam Respublika meydanındakı mitinqdə baş verənlərlə bağlı çıxış edəcəyini deyib.

 

P.Sultanova

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər