Nikol Paşinyan Serj Sarqsyanın istefasına münasibət bildirib | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyan Serj Sarqsyanın istefasına münasibət bildirib

18:43 - 23 / 04 / 2018
Nikol Paşinyan Serj Sarqsyanın istefasına münasibət bildirib

Ermənistan müxalifətinin lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin baş naziri Serj Sarqsyanın istefasını şərh edib.

1news.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, N.Paşinyan məsələ ilə bağlı “Facebook” səhifəsində yazıb.

“Ermənistan Respublikasının vətəndaşı, sən qazandın. Və indi heç kim bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm”, - o yazıb.

Qeyd edək ki, Serj Sarqsyan bu gün Ermənistanın baş naziri vəzifəsindən istefa verib. Minlərlə etirazçının iştirakı ilə keçirilən aksiyaların əsas məqsədi də məhz bu idi.

1news.az

Paylaş:
1163

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 11 / 2025, 17:29
Bütün xəbərlər