ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb

21:12 - 23 / 04 / 2018
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda son hadisələr ilə bağlı bəyanat yayıb.

1news.az xəbər verir ki, həmsədrlər bu həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşmasının mühüm əhəmiyyətini vurğulayıblar.

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırıblar.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.

1news.az

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər