Rəcəb Tayyib Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Rəcəb Tayyib Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

16:07 - 25 / 04 / 2018
Rəcəb Tayyib Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

İyunun əvvəlində Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.

1news.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən deyib.

Türkiyə Prezidenti qeyd edib ki, İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşası aparılan “Star” neft emalı zavodu isə bu ilin sentyabr-oktyabr aylarında istifadəyə veriləcək: “Bu layihələr də tamamlandıqdan sonra Azərbaycan Türkiyəyə ən böyük investisiya yatıran ölkə olacaq”.

1news.az  

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər