Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib

12:10 - 25 / 04 / 2018
Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

S.Xankişiyeva

 

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər