Çinli turist pis qoxuya görə həbs olundu | 1news.az | Xəbərlər
Dünya

Çinli turist pis qoxuya görə həbs olundu

17:52 - 26 / 04 / 2018
Çinli turist pis qoxuya görə həbs olundu

Meksikanın paytaxtı Mexiko hava limanında polislər çinli turisti saxlayıblar.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, turistin çantasında nəsli kəsilməkdə olan balığın hissələri aşkar edilib.

Polisləri çinli turistin çantasından gələn pis qoxu cəlb edib. Brakonyerlikdə ittiham olunan turist həbs olunub.

O, 600 dollar həcmində cərimə ödədikdən sonra şərti azadlığa buraxılıb.

S.Xankişiyeva

 

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər