Zakir Həsənov Çində səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Çində səfərdədir

10:05 - 27 / 04 / 2018
Zakir Həsənov Çində səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR milli müdafiə naziri, general-polkovnik Vei Fenxenin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfər çərçivəsində Çin rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər məsələlər müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə də baş çəkəcək.

S.Xankişiyeva

 

Paylaş:
768

Son xəbərlər

Bakıda yol çökdü - FOTO

28 / 03 / 2026, 14:46
Bütün xəbərlər