Zakir Həsənov Çinin “CETS İnternational” şirkətində olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Çinin “CETS İnternational” şirkətində olub – FOTO

12:09 - 28 / 04 / 2018
Zakir Həsənov Çinin “CETS İnternational” şirkətində olub – FOTO

Çində rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETS İnternational” şirkətini ziyarət edib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.

Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETS İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.

S.Xankişiyeva

 

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər