Anasının bu sözünə görə 100 kiloqram arıqladı – FOTO
Cessika Veber adlı gənc qız xarici görünüşü ilə internet fenomeninə çevrilib.
1news.az-ın Axşam.az-a istinadən verdiyi xəbərə görə, 173 kiloqram olan və arıqlamağı düşünməyən Cessikanın birdən-birə özünü zəiflətmək qərarı hamını təəccübləndirib.
Məlum olub ki, Veber anası ilə söhbətindən sonra bu qərara gəlib.
Belə ki, anasının ona “Sənin məndən əvvəl öləcəyini düşünəndə çox pis oluram” deməsi və ağlaması Cessikaya da pis təsir edib. O, bundan sonra diyeta saxlamaq, sağlam qida yemək və idmanla məşğul olmaqla 15 aya 100 kiloqram arıqlayıb.
Daha sonra sallanmış dərisini də əməliyyatla yığışdıran Veber hazırkı görünüşü ilə hər kəsi heyran edir. Gənc qız arıqladığı anları İnstaqram hesabında izləyiciləri ilə bölüşüb və onun kimi kök olanlara dəstəyini nümayiş etdirmək istədiyini bildirib.
1news.az