AŞPA-nın “hesabatı”: qərəz, böhtan və ikili standartların daha bir nümunəsi – RƏYLƏR | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-nın “hesabatı”: qərəz, böhtan və ikili standartların daha bir nümunəsi – RƏYLƏR

14:31 - 02 / 05 / 2018
AŞPA-nın “hesabatı”: qərəz, böhtan və ikili standartların daha bir nümunəsi – RƏYLƏR

Artıq bir neçə gündür ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi uydurma “korrupsiya hesabatı” ətrafında müzakirələr davam edir.

Həm millət vəkilləri, həm siyasi ekspertlər, həm də ictimaiyyətin tanınmış  nümayəndələri AŞPA-nın “korrupsiya hesabatı”nı qeyri-obyektiv və qərəzli adlandırmaqla yanaşı, bu sənədin ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində  qurulmuş subyektiv mülahizələrdən ibarət olduğunu qeyd edirlər.

AŞPA-nın “hesabatı” Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyun olmaqla yanaşı, təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.

İkili standartlar, birinə nisbətən digərinə (və ya özünə) daha ciddi tətbiq edilən qayda və ya prinsipdir. İkili standartlar siyasəti eyni bir hərəkəti edən subyektlərin davranışına müxtəlif qiymət verilməsindən ibarətdir. Əgər hərəkəti edən onu qiymətləndirənə “yaxındırsa” loyal münasibət bildirilir, əksinə olanda isə qınaq və ittiham səslənir.

Bəs Qərbin Azərbaycana qarşı bu qərəzi, münasibəti haradan qaynaqlanır, səbəb nədir? Bir az düşünəndə məsələ tam şəkildə aydın olur. Məlumdur ki, bir çox hallarda Azərbaycan miqyasında olan dövlətlər hər hansı bir böyük dövlətin himayəsinə sığınır. Azərbaycan isə müstəqil inkişaf strategiyasına əsasən xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq bütün dövlətlərlə normal münasibətlər qurub.

Buradan belə nəticəyə gəlmək olar ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və  müstəqil dövlətlərə təzyiq məqsədi güdür.

Avropa Şurasının ölkəmizə münasibətdə sərgilədiyi qərəzli mövqe də məhz Azərbaycanın yürütdüyü müstəqil siyasətdən qaynaqlanır. Azərbaycan qısa zaman kəsiyində inkişaf etmiş, Avropa səviyyəsinə çatmış bir dövlətdir. Bunun özü də Qərbdə ölkəmizə münasibətdə qısqanclıq yaradır.

Hesabatda narazılıq doğuran məqamlardan biri də Avropa Şurasının ölkəmizə səfər etmiş nümayəndələrinə yüksək qonaqpərvərliyin korrupsiya faktı kimi qələmə verilməsidir. Görəsən qonaqpərvərlik nə vaxtdan korrupsiya hesab olunur?

AŞPA-nın “hesabatına” əsasən xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqları, pulsuz otel, təyyarə və s. bu kimi məsələləri də korrupsiya əlaməti hesab edilməlidirmi? 

AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Ölkımizə qarşı atılan qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr, indi isə bədnam “hesabat”  və digər bu kimi məsələlər dediklərimizi sübut edir.

Görünür Qərbdəki bəzi dairələr öz eybəcərliklərini Azərbaycan nümunəsində qabartmağa və onu növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar.

Buradan belə bir sual yaranır ki, 17 illik üzvlüyü dövründə hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır?

Ona görə də düşünürəm ki, Azərbaycan nüfuzsuz bir quruma çevrilən, hər hansı bir prosesə təsir etmə mexanizmi olmayan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Çünki Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında AŞPA-nın ölkəmizlə bağlı qəbul etdiyi “hesabatın” birmənalı şəkildə qərəzə və subyektiv fikrə söykənən ədalətsiz, ikili standartların nümunəsini bir daha təsdiq edən bir hesabat olduğunu bildirməklə yanaşı, onu ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatı adlandırıb:

“Azərbaycan 2001-ci ildən AŞPA-nın üzvüdür və biz hər zaman bu qurumdan ədalət, obyektivlik gözləmişik. Amma təəssüflər olsun ki, AŞPA gözləntilərimizin əksi olaraq hər zaman qərəz nümayiş etdirib, anti-Azərbaycan, ermənipərəst qüvvələrin əlində alət rolunu oynayaraq daim Azərbaycana təzyiq göstərməyə cəhd edib.

Avropadakı bəzi dairələr, o cümlədən AŞPA zaman-zaman Azərbaycanla bağlı hazırladıqları hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir. Qurumun ayrı-ayrı deputatların fərziyyələri, gümanları üzərində qurulmuş subyektiv mülahizələri əsasında Azərbaycanla bağlı hazırladığı son hesabatı da bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır. Hesab edirəm ki, bu hesabat ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır.”

Qərb dairələrinin Azərbaycana qarşı münasibətdə ikili standartlardan çıxış etməkdə davam etdiyini deyən Vüqar Rəhimzadənin sözlərinə görə, onlar anlamalıdırlar ki, Azərbaycanla zor dilində danışmaq olmaz:

“Qərbdə elə bir tendensiya formalaşıb ki, guya bunlar bir sıra hallarda bəzi dövlətlərin daxili işlərinə müdaxilə edə və onları yönləndirə bilərlər. Bu cür müdaxilələr zamanı onlar etirazla üzləşəndə dərhal demokratiya, insan haqları pərdəsi altında gizlənən “təzyiq maşını” işə düşür. Başlayırlar hesabatlar yaymağa, nağıllar danışmağa.

Təbii ki, bu qərəz və təzyiqlər Azərbaycanın dünyada artan imicinə zərrə qədər də xələl gətirə bilməz. Azərbaycanın tutduğu mövqe və yol, gördüyü işlər dünya üçün bir nümunədir.

AŞPA və bizimlə təzyiq dilində danışmağa cəhd edən digər qurumlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurur. Bizimlə zor dilində danışmaq olmaz. Ona görə də bu cür hesabatlar cəmiyyətdə narazılıqla qarşılanır, AŞPA-nın ünvanına haqlı olaraq sərt tənqidlər səsləndirilir. Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək.”

Azərbaycanın artıq 17 ildir ki, Avropa Şurasının üzvü olduğunu xatırladan baş redaktor hesab edir ki, Azərbaycana qarşı ədalətsiz yanaşma davam edərsə ölkəmiz Avropa Şurasının üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməlidir:

“Bu 17 ildə Avropa Şurası Azərbaycana yaxşı heç nə verməyib. Ötən 17 ildə AŞPA işğalçı Ermənistana ciddi şəkildə təzyiq etməyib. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımızın taleyi ilə maraqlanmayıb. Əksinə, ölkəmiz bu qurum tərəfindən təzyiqlərlə üzləşib, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb.

Görün Dağlıq Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı bir dəfə də olsun ədalətli mövqe nümayiş etdiriblərmi? Çox təəssüflər olsun ki, yox. AŞPA-nın mövqeyi, fəaliyyəti bax budur.

Əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə, Azərbaycana qarşı ikili standartlarla yanaşıb, qərəzli mövqe nümayiş etdirəcəklərsə, antiazərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq. AŞPA ədalətsiz mövqeyindən geri çəkilməli və fəaliyyətini korrektə etməlidir. Əks təqdirdə Azərbaycan Avropa Şurasının üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməlidir”.

Siyasi ekspert Elçin Mirzəbəyli isə 1news.az-a bildirib ki, AŞPA-nın Azərbaycanla bağlı son “hesabatı”nda  yer alan mülahizələr yalnız subyektiv fikirlər və ehtimallar üzərində qurulub:

“Məsələn, qurumda təmsil olunan deputatlardan hansısa biri təsəvvür edib ki, Azərbaycan təmsilçiləri ona rüşvət təklif edirlər, yaxud ağıllarından bu barədə fikir keçir. Bu cür ehtimallar və fərziyyələr üzərində məhkəmələr isə yalnız inkvizisiya dövründə mümkün idi”.

Ekspert vurğulayıb ki, rüşvət və korrupsiya dünyanın hər yerində olduğu kimi, Avropada da cinayət əməli sayılır: “Əgər AŞPA üzvü olan deputatlardan hər hansı biri ona rüşvət təklif edildiyini düşünürdüsə, o zaman hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməli idi. Amma göründüyü kimi, belə faktlar yoxdur. İttihamlar yalnız ayrı-ayrı şəxslərin subyektiv fikirləri, ehtimalları üzərində qurulub”.

E.Mirzəbəyli düşünür ki, əslində, bu “hesabat”da Azərbaycanın lobbiçilik fəaliyyəti ilə bağlı olan bəzi məqamlara diqqət yetirilərsə, onun tam mahiyyəti ortaya çıxa bilər: “Bir məqama diqqət edək. Həmin sənəddə deyilir ki, “Azərbaycan hakimiyyəti işi o səviyyəyə gətirmişdi ki, hətta parlamentin iclasında az-az iştirak edənlər Azərbaycanla bağlı məsələ olduqda iclasa qatılırdı və Azərbaycanın lehinə səs verirdi. Bu, əslində Azərbaycanın lobbiçilik fəaliyyətini yaxşı qurmasının etirafıdır. Sual olunur, Azərbaycanın lobbiçilik fəaliyyəti nəyə xidmət edir? Şübhəsiz ki, işğalçı Ermənistanın öz adı ilə çağırılmasına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ifşa olunmasına, aqressiv separatizmin və terrorizmin qətiyyətlə pislənilməsinə, münaqişələrin həllinin tezləşdirilməsinə və s.

Yəni, Azərbaycanın lobbiçilik fəaliyyəti beynəlxalq hüququn prinsiplərinin AŞPA müstəvisində dəstəklənməsinə, Avropa Şurası məkanında təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasına xidmət edir. Bu fəaliyyət isə beynəlxalq hüququn prinsiplərinin qorunmasında, terrorizmə, separatizmə qarşı mübarizədə maraqlı olan bütün dövlətlərin mənafeyinə uyğundur, əlbəttə, Ermənistan və onu himayə edən qüvvələr istisna olmaqla. Əgər Azərbaycanın lobbiçilik fəaliyyəti kimlərisə narahat edirsə, bu, o deməkdir ki, onlar Ermənistan və bu işğalçı ölkə vasitəsilə Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu qorumağa çalışan, terrorizmə və aqressiv separatizmə dəstək verən dairələr tərəfindən satın alınıblar”.

Ekspert əlavə edib ki, bu “hesabat”ın ortaya atılması Azərbaycana qarşı payızda gerçəkləşməsi planlaşdırılan təxribat kampaniyalarının seçkilərin ertələnməsi səbəbindən fiaskoya uğraması və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqla ölkəmizi özündən asılı salmağa çalışan qüvvələrin öz arzularına çatmaması ilə bağlıdır:

“Digər tərəfdən, bu “hesabat”ın Ermənistanda hakimiyyət boşluğu yarandığı bir dövrdə qəbul edilməsi də maraq doğurur. Əslində, Ermənistanda baş verən hadisələrin mahiyyətinə diqqət yetirilərsə, Sarkisyan və komandasının iflasa uğraması bu ölkədə sonuncu parlament seçkilərinin nəticələrinin total şəkildə saxtalaşdırılmasının sübutudur. Əgər seçkilərdə rəsmi olaraq 7,78 faiz səs toplayan fraksiyanın sadəcə 1 təmsilçisi seçkilərdə 57 faiz səs toplayan hakim koalisiyanın təmsilçisini istefaya göndərə bilirsə, bütövlükdə Respublika partiyasının hakimiyyətdən getməsi üçün bütün xalq ayağa qalxırsa, bu, o deməkdir ki, həmin xalq Respublika partiyasına səs verməyib. AŞPA göz önündə olan bu fakta diqqət yetirmir və Ermənistandakı seçkini “demokratik” adlandırır. Bu da həmin beynəlxalq təşkilatın nüfuzunu zədələyir”.

E.Mirzəbəyliyə görə, bu qurum artıq xeyli müddətdir qlobal və regional proseslərdə geosiyasi təzyiq aləti funksiyasını yerinə yetirir: “AŞPA-nın sonuncu “hesabat”ı isə şantaj xarakterlidir və Azərbaycanın leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəldilib. “Hesabat”ı hazırlayanlar və qəbul etdirənlər rəsmi Bakı ilə əməkdaşlıq edən, erməni işğalını pisləyən, aqressiv separatizmə və terrorizmə qarşı açıq mübarizə aparan, azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini etiraf edən bütün beynəlxalq təşkilatları, ölkələri və parlamentariləri şantaj edirlər”.

1news.az

Paylaş:
3373

Son xəbərlər

Bakıda Üçüncü Piano Festivalının açılışı olub17 / 06 / 2024, 17:49Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir17 / 06 / 2024, 17:28Macar parlamentarilər Milli Məclisdə olublar17 / 06 / 2024, 17:06Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib17 / 06 / 2024, 16:34Milli Məclisin sabiq deputatı vəfat edib17 / 06 / 2024, 16:14Bakının iki rayonunda su kəsiləcək17 / 06 / 2024, 15:51Çaylardan daşqın, sel keçəcək - XƏBƏRDARLIQ17 / 06 / 2024, 14:52Ağdamda 10 tüfəng polisə təhvil verilib17 / 06 / 2024, 14:31Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların son durumu açıqlanıb17 / 06 / 2024, 13:25Sabah 39 dərəcə isti olacaq - Proqnoz17 / 06 / 2024, 13:03Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər17 / 06 / 2024, 12:48Ziya Bünyadov prospektində qəza sıxlığa səbəb oldu17 / 06 / 2024, 12:20Son beş ayda əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlandı17 / 06 / 2024, 12:09FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO17 / 06 / 2024, 11:50Mikayıl Cabbarov tibb işçilərini təbrik edib17 / 06 / 2024, 11:11Binəqədidə Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilib - FOTO17 / 06 / 2024, 11:00Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edilib17 / 06 / 2024, 10:51Yağış yağıb, 37 dərəcə isti olub - Faktiki hava17 / 06 / 2024, 10:38Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıb17 / 06 / 2024, 09:40Jurnalist Sərxan Kamallı vəfat edib17 / 06 / 2024, 09:14
Bütün xəbərlər