Novruz Məmmədov ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb

13:37 - 03 / 05 / 2018
 Novruz Məmmədov ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Baş naziri Novruz Məmmədov mayın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə ABŞ Konqresinin nümayəndələrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Baş nazir bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Novruz Məmmədov səfərin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər ətrafında müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasındakı münasibətlərə toxunan Baş nazir müstəqil Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında çox yaxşı əlaqələrin olduğunu bildirib. Münasibətlərimiz bu gün də uğurla inkişaf etdirilir. Bir sıra həssas sahələrdə isə çox möhkəm və sıx əməkdaşlıq mövcuddur.

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib. “Bu gün demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan həmin yola sadiqdir. Həm ABŞ, həm də Avropa İttifaqı ilə əlaqələri uğurla davam etdirir”, - deyə Azərbaycanın Baş naziri vurğulayıb.

Hazırda beynəlxalq aləmdə geosiyasi gərginliklərin müşahidə edildiyini bildirən Baş nazir Azərbaycanın yerləşdiyi regionun da geosiyasi baxımdan dünyanın mürəkkəb bölgələrdən biri olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Novruz Məmmədov erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin hələ də həllini tapmadığını bildirib.

Baş nazir deyib ki, 1918-ci ildə müstəqilliyini elan etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illik yubileyi qeyd olunacaq. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və bir sıra mühüm tədbirlər həyata keçirilir. Novruz Məmmədov Azərbaycanda əsası 100 il əvvəl qoyulan hüquqi, demokratik dövlətçilik ənənələrinə ölkəmizin bu gün də sadiq qaldığını ifadə edib.

Azərbaycana səfərdən məmnunluq hissi duyduqlarını bildirən nümayəndə heyətinin rəhbəri Robert Qudlat ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib. O, Azərbaycan ilə əməkdaşlığın Amerika Birləşmiş Ştatları üçün dəyərli olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla ABŞ arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
463

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər