XİN: İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi xəbərləri saxtadır

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılan informasiya ilə bağlı sualı cavablandırıb.
1news.az xəbər verir ki, H.Hacıyev deyib:
“Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”.
1news.az
519