Ermənistan parlamenti bu gün baş nazir seçir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamenti bu gün baş nazir seçir

09:27 - 08 / 05 / 2018
Ermənistan parlamenti bu gün baş nazir seçir

Bu gün keçiriləcək Ermənistan parlamentinin xüsusi iclasında baş nazir seçiləcək.

1news.az xəbər verir ki, bu vəzifəyə yeganə namizəd Ermənistandakı etiraz hərəkatının lideri,  “Yelk” (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyandır.

O, dünən  Respublika meydanında keçirilən mitinqdə 8 mayı qeyri-iş günü elan edib. Paşinyanın sözlərinə görə,  bu gün 95% ehtimalla xalqın namizədi, yəni özü baş nazir seçiləcək.

"Seçkilər parlamentdə saat 12-də başlayacaq. Danışdığımız kimi saat 11-də mən vətəndaşları Respublika meydanına toplaşmağa çağırıram. Mən artıq Daşnaksütyun, "Çıxış", "Tsarukyan"  fraksiyalarının, həmçinin Respublika partiyasından bir sıra deputatların mənə səs verəcəkləri ilə bağlı  rəsmi təminat almışam", - Paşinyan deyib.

O, mayın 8-ni qeyri iş günü elan etdiyini də vurğulayıb.

Xatırladaq ki, baş nazir vəzifəsinə seçkilər birinci dəfə mayın 8-də keçirilib, lakin Paşinyan tələb olunan 53 səsdən 45-ni ala bilib.

P.Sultanova

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər