Bu gün ümummilli lider Heydər Əliyevin 95-ci ildönümüdür | 1news.az | Xəbərlər
Siyasət

Bu gün ümummilli lider Heydər Əliyevin 95-ci ildönümüdür

09:10 - 10 / 05 / 2018
Bu gün ümummilli lider Heydər Əliyevin 95-ci ildönümüdür

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95-ci ildönümüdür.

Məlumat üçün bildirək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyinin yeritdiyi siyasi xəttə etiraz etdiyi üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katib Mixail Qorbaçov tərəfindən tutduğu vəzifələrdən azad edilib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.

Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edilib.

13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı – “Atatürk Sülh Mükafatı”na layiq görülüb.

20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilib.

3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb.

10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb.

1news.az

Paylaş:
584

Son xəbərlər

Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23
Bütün xəbərlər