Moskvada terror planlaşdıranlar saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Moskvada terror planlaşdıranlar saxlanılıb

17:34 - 11 / 05 / 2018
Moskvada terror planlaşdıranlar saxlanılıb

Qələbə günü Moskvada terror aktları planlaşdırılan dəstə saxlanılıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu məlumatı Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov verib.

Onun sözlərinə görə, əməliyyat zamanı partlayışlar planlaşdıran və bunun üçün xüsusi silahlar hazırlayan bir neçə dəstə saxlanılıb.

“Onlar Suriyadan Rusiyanın Yeni Urenqoy şəhərinə gəliblər. 17 ünvanda axtarışlar aparılıb, 20 nəfər həbs edilib”, - Sıromolotov deyib.

O qeyd edib ki, aprelin 21-24-ü aralığında 26 terrorçu zərərsizləşdirilib.

S.Xankişiyeva

 

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər